Main » Files » Derslikler

Azerbaycanda Internet prablemleri.
31.07.2012, 20:06
Bakıda yaşayan Aytac xaricdə yaşayan qohumları ilə danışmaq üçün internet qarşısında bir necə saat vaxt keçirsədə buna nail ola bilmədi. Normal bir məbləğə aylıq abunə olduğu internet trafikin keyfiyyəti gənc qızı qəne etmirdi. Onun sözlərinə görə, xaricdəki qohumları Azərbaycanda aylıq trafikin qiymətinin baha olduğunu desələr də, keyfiyyət məsələsində bu qənaətdə deyillər.
Bu gün Azərbaycan əhalisinin 60 faizi internet istifadəçisidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, hazırda internet istifadəçilərinin təxminən yarısı genişzolaqlı internet xidmətlərindən istifadə edir. Bu, ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkşiafı şöbəsinin müdiri İsfəndiyar Əliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, Azərbaycanda 1Mbit/saniyə internetin qiyməti 10-15 manat arası dəyişir. "Ancaq əgər interneti Wimax-la alsaq 25 manata 10 1Mbit/saniyəyə kimi internet təklif edilir”.

Onun sözlərinə görə, keyfiyyət məsələsinə gəldikdə isə bu bir çox amillərdən asıldır. Buna misal olaraq, ATS abunəçinin məsafəsi, optik kabeldən istifadə, telefon xətlərini göstərmək olar. RİTN rəsmisinin sözlərinə görə, Azərbaycanda internein bu günkü keyfiyyətini məqbul saymaq olar.
Nazirlik rəsmisi qiymət siyasəti nöqteyi nəzərdən hər bir ölkənin özünəməxsus xüsusiyyəti olduğunu deyir. Bu gün Avropada vətəndaş internet istifadə etmək üçün 20-30 avro xərcləyir. Bunu müqabilində o daha yüksək sürət- 30-40 1Mbit/saniyə internet ala bilir.

Azərbaycanda da statistikaya nəzər salsaq qiymət dinamikasındakı dəyişikliyi aydın görmək olar. Son bir neçə ildə Azərbaycanda internetin qiyməti 10 dəfə endirilib. Məsələn, 2005-ci ildə 1Mbit/saniyə internetin qiyməti 1000, 2006-cı ildə 600-700, 2007-ci ildə 320, 2008-ci ildə 130, 2009-cu idlə 32, 2010-cu ildə 25 manat, bu gün isə 10-15 manat arasında dəyişir. Qiymət siyasətində endirimlər davam edir.

İ.Əliyev internetin qiymətinin regionladan asılı olaraq dəyişdiyini deyir. Onun sözlərinə görə, Rusiyanın Moskva, Sankt Peterburq, Sibir bölgəsi var ki, onlar arasında qiymətlərdə dəfələrlə fərq var. "Məsələn Soçidə, Moskvada 1 Mbit bizim pulla 1-5 manata almaq olarsa, regionlarda 30-40 manata qədər qalxır.

ANS PRESS-in internetdən əldə etdiyi məlumata görə, Rusiyada ötən il internetin 1Mbit/saniyəsi üçün qiymət 145 rubl olub. Moskva və Sankt Peterburqda isə bu qiymət 31 rubla kimi düşüb.
Gürcüstanda isə orta sürət 1 Mbit/saniyə 15-18 lariyə (8-9 manat-red.) bərabərdir.
Bəzi Avropa ölkələrində 1 Mbit/s sürətlə internetə qoşulma xidməti göstərilmir. İternetə qoşulmanın minimal həddi 5-6 Mbit/s-dir, onun qiyməti 20-30 dollardır.

"Azərtelekom”un "Aktiv ol” provayederi var. O, 40 manata 30 mbit internet təklif edir. Optik sürətə yüksək keyfiyyət. Hesablasaq görərik ki, bu halda internetin 1 Mbit-nin qiyməti 1 manatdan az baha olur”.

Lakin internetlə bağlı problem bununla bitmir. Belə ki, Azərbaycanda əsas problem ucqar yaşayış məntəqələrində, kəndlərdə əhalinin genişzolaqlı internetə çıxışı ilə bağlıdır. Bu gün RİTN genişzolaqlı internetin inkişafı ilə bağlı fəaliyyət proqramı hazırlanır. "Burada əsasən kənd yerləri də daxil olmaqla, bütün yaşayış yerlərinə optik kabellərin çəkilməsindən söhbət gedir. Yəni kəndlərdə optik kabellərin abunəçilərə yaxınlaşdırılması. Bakıda isə evlərə optik kabellə internetin verilməsi nəzərdə tutulur”.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov RİNT-nin Neft Fondunun ayıracağı 342 milyon dollar vəsait hesabına 2015-ci ilə qədər Azərbaycanda fiberoptik şəbəkənin yaradılmasını həyata keçirəcək. Bu, hər bir kənddə, evdə rabitə, televiziya və internetə çıxışın yüksək səviyyədə təmin olunması demək.

Nazirlik bundan sonrakı fəaliyyətində optik kabellərə keçməklə vətəndaşlara yüksək keyfiyyətli ucuz internetin verilməsi planlaşdırır. Bu layihə artıq müəyyən vəsaitlərin ayrılması ilə bağlı işlər gedir və yaxın vaxtalarda bu işlər daha da sürətləndiriləcək.

Ölkədəki internetin qiyməti ilə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz də qismən razıdır. Onun sözlərinə görə, Azərbaycanda internetin qiymət problemi çox aktual deyil və müəyyən bir normal keyfiytəli iş üçün gərəkli internet 1-12 1Mbit/saniyədirsə onun qiyməti 10 manat ətrafındadır. Həttə mobil operatorlar belə bu qiymətə normal internet təklif edirlər. "Düzdür qonşu ölkələrlə müqayisədə qiymət yuxarıdır, nəinki bərabər və aşağı. Məsələn, qonşu ölkələrimizdə biz 10 manata 4-8 Mbit internet ala bilərik. Bizdə isə hələ sürət aşağıdır”.
"Əyalətlərdə, regionlara, xüsusilə kəndlərdə əsas problem keyfiyyətli internetə girişin olmamasıdır. Məncə, Azərbayacan interneti üçün bu dəqiqə bir nömrəli problem bu hesab edilə bilər. Statistikaya görə, əhalinin yarıdan çoxu kəndlərdə yaşayır. Deməli əhalinin yarıdan çoxu yaşayan yerlər keyfiyyətli internetdən məhrumdurlar”, - deyə Osman Gündüz bildirir. .
Buna əsas səbəb kimi isə ölkədə fəaliyyət göstərən özəl provayeder kəndlərə buraxılmadıqlarını göstərilir. "Aztelekom” İstehsalat Birliyi bunu nəzərə alaraq provayderlərlə görüşüb və 10 özəl provayder seçilərək regionlara göndərilib.
Ekspert bu müqaviləyə əsasən təqribən 20 rayonun kəndlərində fiberoptik xətt qurulacağını deyir. Lakin bununla belə o, mövcud imkanlardan yetərincə istifadə edilmədiyini və bunun kifayət olmadığını deyir.
"Bu kəndlərin 1/3 deməkdir. Dövlət digər özəl provayderlərdə bir proqram ortaya qoymalı və kəndlərində insanların internetə çatımlılığı təmin edilməlidir. Vətəndaşın keyfiyyətli internetə əli çatmalıdır. Mən düşünürəm ki, kəndlərə keyfiyyətli internet adı altında aksiyalar, proqramlar, yatırımlar olmalıdır”.
Sonda onu bildirək ki, BMT qlobal şəbəkəni - interneti insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi tanıyıb. Azərbaycanda da illər keçdikcə internetlə bağlı problemlər azalmaqdadır. Bu gün Azərbaycan əhalisinin 60 faizi internet istifadəçisi olması ilə bağlı göstərici zaman keçdikcə artacaq. Ən əsası bu insanlar yüksək keyfiyyətli internetdən istifadə edəcəklər.
Category: Derslikler | Added by: Xirdalan
Views: 608 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Adminle elaqe
Giris

Bolmeler
Mini-chat
200
Video carx
Saat
Sorgu
Qizlar Hansi oglanlardan xowlanir?
Total of answers: 8
teqvim
Statistika
$Saygac$
Ümumi online 1
Qonaqlar: 1
İstifadəçilər: 0
$ONLINE_USERS_List$
hereket
Burcler
Günlük Burç
kursor
Salamlar herkese!Saytimiza xow gelmiwsiniz